Sığorta xidmətləri
Avropa ölkələrində ən önəmli məsələlərdən biri də sığorta məsələsidir. Bir çox vətəndaşımız Polşaya gəldikdən sonra sağlamlıq sığortası olmadığı üçün problemlərlə üzləşir, özəl xəstəxanalara müraciət edir və çox pul xərcləmək məcburiyyətində qalırlar.
Biz sağlamlıq sığortasının təşkilini həyata keçiririk..
Avtomobil sığortasına Avropada çox ciddi yanaşırlar. Avtomobil sığortasının gecikməsi durumunda çox böyük məbləğlərdə cərimə edilə bilər.
Bu baxımda biz avtomobil alan vətəndaşlarımıza gecikmədən sığorta etdirmələrini tövsiyə edirik və bu məsələdə də onlara xidmət göstəririk.
Eyni zamanda Azərbaycan və Türkiyədən vizaya müraciət edərkən tələb olunan sığorta da tərəfimizdən daha uyğun qiymətə təmin edilir.