Polşa oturum kartı
Polşa oturum kartı çox vacib bir sənəddir və vizadan fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Oturum kartı şirkət açmaq, ev almaq, banklardan kredit almaq, ailə üzvlərinə viza üçün dəvət göndərmək, ailə birləşməsi və sair prosedurları həyata keçirməyə imkan verir. Oturum kartı öncəki illərdə daha asan əldə olunurdu, amma son zamanlar hökümət tərəfindən yeni alınmış qərarlara əsasən indi bir sıra şərtlər yerinə yetirilməsi lazımdır. Onlardan ən önəmlisi artıq mütləq şəkildə vergi ödənilməlidir, əks hallarda oturum kartı müraciətinə rədd cavabı verilir.
Oturum kartını digər yollarla da almaq mümkündür. Bunlardan biri də Polşa vətəndaşı ilə evlilik və ya siyasi miqrasiya üsuludur. Bununla bağlı da bizə müraciət edən vətəndaşlara ətraflı məlumat şifahi olaraq verilir.
1 illik oturum kartının 3 illik karta dəyişdirilməsini təmin edirik.
Biz şirkət olaraq Oturum kartı üçün sənədlərin toplanması, təqdim edilməsi, mütəmadi izlənilməsini həyata keçiririk. Oturum aldıqdan sonra ondan necə istifadə edilməsi barədə məsləhətlər veririk və hər hansı bir hüquqi prosesdə yardımçı oluruq.
Oturumdan imtina zamanı appelyasiya şikayətinin verilməsi həyata keçiririk.